Fransa prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Trampa zəng edərək Qəzza zolağındakı vəziyyəti müzakirə edib.
1xeber.media xəbər verir ki, bu barədə Reuters xəbər verir.
“Prezident Makron, prezident Tramp, Misir prezidenti Əbdülfəttah əs-Sisi və İordaniya kralı II Abdullah bin Hüseyn arasında telefon danışığı olub, onlar Qəzza məsələsini müzakirə ediblər”.
Həmçinin bildirilir ki, aprelin 8-də Fransa lideri anklav sakinləri üçün humanitar yardımların saxlandığı anbarlara, eləcə də yaralı fələstinlilərin müalicə olunduğu xəstəxanaya baş çəkməyi planlaşdırır.
Bundan əvvəl Fələstinin HƏMAS radikal hərəkatının nümayəndə heyətinin Misir rəsmiləri ilə Qəzza zolağında atəşkəs təklifini müzakirə etmək üçün Qahirəyə gələcəyi məlum olub. Qeyd olunur ki, danışıqlar zamanı tərəflər Misirin atəşə son qoymaq üçün vasitəçilik səylərini və Misirin atəşkəs və girovların qismən dəyişdirilməsi təklifini müzakirə etməyi planlaşdırır.