Вернуться назад Распечатать

Avropa Komissiyası ABŞ-dan gələn mallara cavab rüsumlarının tətbiqini təklif edib

Avropa Komissiyası (AK) bəzi ABŞ mallarına 25 faizlik cavab rüsumunun tətbiqini təklif edib.

1xeber.media xəbər verir ki, bu barədə “Reuters” müvafiq sənədə istinadən xəbər verir.

Qurumdan verilən məlumata görə, bəzi mallar üzrə rüsumlar mayın 16-dan qüvvəyə minəcək. Qalanları daha sonra, dekabrın 1-dən qüvvəyə minəcək. “Malların siyahısı genişdir və ona brilyant, diş ipi, kolbasa, qoz-fındıq və soya daxildir”, - sənəddə deyilir. Bununla belə, burbon, şərab və süd məhsulları bu siyahıya daxil edilməyib, baxmayaraq ki, mart ayında AK onlara da rüsumların tətbiq edilməsi imkanını nəzərdən keçirib.

Daha əvvəl Aİ-nin ticarət komissarı Maroş Şefçoviç ABŞ-dan idxala ilk rüsumların aprelin 15-dən qüvvəyə minəcəyini açıqlamışdı.