Вернуться назад Распечатать

İranın kömür mədənində qaz sızması nəticəsində 7 işçi həlak olub

İranın Semnan vilayətində yerləşən Damqan şəhərində kömür mədənində qaz sızması baş verib, nəticədə 7 işçi ölüb.

1xeber.media xəbər verir ki, bu barədə aprelin 7-də “Mehr” agentliyinə istinadən “Iran International News” məlumat yayıb.

Məqalədə deyilir: “Mehmandoviyadakı Javaher Zoqal mədənində qaz sızması nəticəsində azı 7 nəfər həlak olub.

Ölənlər arasında podratçının da olduğu bildirilir. Nəşrin məlumatına görə, mədəndə daha üç işçi var. Qaz sızmasının səbəbi hələ müəyyən edilməyib.
Hadisə yerinə xilasedicilər qrupu göndərilib.