Вернуться назад Распечатать

Şimali Koreya ilə Cənubi Koreya arasında atışma olub

Cənubi Koreya hərbçiləri dövlət sərhədini keçən Şimali Koreya əsgərlərinə xəbərdarlıq atəşi açıblar.

1xeber.media  xəbər verir ki, bu barədə "Yonhap" məlumat yayıb.

"Bir qrup Şimali Koreya əsgəri çərşənbə axşamı Koreyalararası quru sərhədini cənubdan qısa müddətə keçib", - məlumatda deyilir.

Bu manevrdən sonra Koreya Respublikası Silahlı Qüvvələri xəbərdarlıq atəşi açıb və KXDR hərbçiləri öz tərəflərinə qayıdıblar.

Departament xəbərdarlıq edib ki, Seul Şimali Koreya hərbçilərinin hərəkətlərini diqqətlə izləməyə davam edir.