Вернуться назад Распечатать

ABŞ Çindən gələn mallara hədsiz rüsumlar tətbiq edir

ABŞ hakimiyyəti Çinin Amerika mallarına gömrük rüsumlarını qaldırmaqdan imtina etməsi səbəbindən Çin məhsullarına idxal rüsumlarını kəskin şəkildə sərtləşdirmək qərarına gəlib.

1xeber.media xəbər verir ki, bu barədə Bloomberg Ağ Ev administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.

Vaşinqton və Pekin arasında ticarət-iqtisadi qarşıdurmanın son kəskinləşməsi ilə bağlı məlumatı Fox Business-in jurnalisti Edvard Lourens də təsdiqləyib. O qeyd edib ki, Çin mallarına əlavə rüsumlar Moskva vaxtı ilə saat 19:00-da qüvvəyə minəcək.

Digər ölkələrdən olan tədarükçülər üçün olduğu kimi, aprelin 9-dan etibarən Çin ixracatçılarına da artırılmış rüsumlar tətbiq ediləcək. Çin mallarına qarşı gömrük tədbirlərinin sərtləşdirilməsinin əsas səbəbi Pekinin Asiya ölkəsinə daxil olan bütün Amerika mallarına tətbiq edilən 34 faizlik tarifi ləğv etməkdən imtina etməsi olub.