Hava hücumundan müdafiə sistemləri iki saat ərzində Rusiya ərazisi üzərində 7 Ukrayna pilotsuz təyyarəsini vurub.
1xeber.media xəbər verir ki, bu barədə aprelin 8-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Hücumlar Moskva vaxtı ilə saat 17:15-19:15 arasında dəf edilib.
Üç pilotsuz təyyarənin Voronej vilayəti ərazisi üzərində, daha ikisinin Belqorod vilayəti üzərində və Qara dənizin Krım sahillərində vurulduğu dəqiqləşdirilir.