Oktyabr ayında Dövlət Miqrasiya Xidmətinə (DMX) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycanda müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması (müddətlərinin uzadılması) ilə bağlı 8 min 7 yüz müraciət daxil olub.
Bu barədə 1xeber.media DMX-dən məlumat verilib.
Qeyd edilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı quruma 30 min 320 müraciət edilib.
Şəxslərin vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı müraciətlərin sayı isə 1320 olub.