Вернуться назад Распечатать

Simonyan: Guya mən Ağdamda, komissarlığın yanında doğulmuşam

Qarabağda etdikləriniz Ermənistanda karınıza gəlməyəcək".

1xeber.media xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan öz "Telegram" kanalında yazıb.

Əslən Qarbağdan olan onun haqqında təhqiramiz ifadələr işlədib. Simonyan həmin şəxsin dediklərini cavab verib:

“Bu qarabağlı qoca iddia edir ki, mən Azərbaycanda, “Ağdam hərbi komissarlığının arxasındakı üçüncü evdə” doğulmuşam.

Bu adam belə bir məlumat yaymaqla, məni təhqir etməklə mənə qarşı nifrət toxumu səpəcəyini və ya hansısa fikir formalaşdıracağını düşünür. Onlar kimi insanların olması təəssüf doğurur. Ata tərəfdən köküm İrəvandan, ana tərəfdən Loridən olsa da, başqa bir yerdə doğulmağımda qəbahətli bir şey görmürəm.

Bu Qarabağ sakininin kim olduğu, ona bu mətni kimin göndərdiyi aydındır. Aydın deyil ki, o, pulu minlik əskinasla götürüb, yoxsa iki 5 minlik əskinasla

Belə adamlar bu gün də, dünən də, sabah da aktivləşəcək ki, Ermənistan Respublikasını daxildən dağıtmağa, partlatmağa cəhd etsinlər. Erməni xalqına bir gözlə baxmayın. Qarabağda etdikləriniz Ermənistanda karınıza gəlməyəcək”.