30 aprel tarixində saat 10:00-da Zəngilan rayonu Ağalı kəndində növbəti Aqrar Biznes Festivalı keçiriləcək.
1xeber.media bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bildirilib ki, festival Ağalı kəndinin mərkəzində baş tutacaq.
Festival çərçivəsində “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel sessiya təşkil ediləcək.