Вернуться назад Распечатать

Kannavaro istefaya GÖNDƏRİLDİ

Zaqreb "Dinamo"sunun baş məşqçisi Fabio Kannavaro istefaya göndərilib. 

1xeber.media xəbər verir ki, bu barədə Xorvatiya klubunun rəsmi saytı məlumat yayıb. 

"Dinamo"nun Xorvatiya çempionatının son oyununda "İstra"ya 0:3 hesabı ilə uduzması rəhbərliyin səbr kasasını daşırıb. 

Kannavaro dekabrın sonundan "Dinamo"nu çalışdırırdı. İtaliyalının rəhbərliyi altında 14 rəsmi oyuna çıxan zaqreblilər 7 qələbə, 2 heç-heçə və 5 məğlubiyyətlə üzləşib. 

Zaqreb “Dinamo”su hazırda Xorvatiya çempionatının turnir cədvəlində üçüncü yeri tutur.