Вернуться назад Распечатать

Çin ticarət müharibəsi fonunda vətəndaşlarına ABŞ-a səyahət etməmək barədə xəbərdarlıq edib

Çin səlahiyyətliləri iki ölkə arasında pisləşən ticarət müharibəsi fonunda öz vətəndaşlarına ABŞ-a səyahət etməmək barədə xəbərdarlıq edib.

1xeber.media xəbər verir ki, bunu  Çin Turizm Nazirliyinin bəyanatı da təsdiqləyib.

“Çin və ABŞ arasında pisləşən ticarət münasibətləri və Amerikada təhlükəsizliklə bağlı narahatlıqlar fonunda Mədəniyyət və Turizm Nazirliyi Çin vətəndaşlarına ABŞ-a səyahət risklərini diqqətlə qiymətləndirməyi və ehtiyatlı olmağı tövsiyə edir”, Bloomberg bəyanatdan sitat gətirir.

Agentlik xəbər verir ki, hökumət həmçinin Çin vətəndaşlarını "ABŞ-a təyyarəyə minməzdən əvvəl" iki dəfə düşünməyə çağırır.