Вернуться назад Распечатать

Kanadanın Baş Naziri ölkəni enerji supergücünə çevirməyə söz verdi

Kanada hökuməti enerji sektoruna münasibətini dəyişmək və ölkəni super gücə çevirmək niyyətindədir.

1xeber.media xəbər verir ki, Kanadanın baş naziri Mark Karni bu barədə aprelin 9-da bildirib.
Onun sözlərinə görə, ölkə hakimiyyəti əvvəllər “qlobal miqyasda hərəkət etmirdi”, risklərdən qaçmaq üçün hər şeyi edirdi və ABŞ-a həddən artıq güvənirdi.

"Kanadanın tam potensialını reallaşdırmağın vaxtıdır. Bu gün mən hərtərəfli yeni yanaşmanı elan edirəm: Kanadanı dünyanın aparıcı enerji supergücünə çevirmək", - Karni bildirib.