Вернуться назад Распечатать

Makron Fransanın Fələstin dövlətini tanımağa hazır olduğunu açıqlayıb

Fransa prezidenti Emmanuel Makron bildirib ki, ölkə bu yay Fələstin dövlətini tanıya bilər.

1xeber.media xəbər verir ki, O, bu barədə aprelin 9-da France 5 telekanalında məlumat verib.

"Məqsədimiz iyun ayında Səudiyyə Ərəbistanı ilə bir konfransa həmsədrlik etməkdir ki, burada bir neçə ölkə tərəfindən qarşılıqlı tanınma hərəkatını yekunlaşdıra bilərik", - "La France" qəzeti Makrondan sitat gətirir.