Вернуться назад Распечатать

SON DƏQİQƏ-Ermənilər Tovuzu atəşə tutdu

Aprelin 9-u saat 23:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsüskənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

1xeber.media  xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.