Вернуться назад Распечатать

Nazir müavininə bağlı olan şirkət yenə qalib "SEÇİLDİ"

Səhiyyə Nazirliyinin tabeliyindəki “Səhiyyənin Təminat Mərkəzi” publik hüquqi şəxsin laboratoriya cihazlarının ehtiyat hissələrinin alınmasına sərf edəcəyi vəsaitin həcmi açıqlanıb.

1xeber.media  xəbərinə görə, bu məbləğ 197 166 AZN-dir.

Publik hüquqi şəxs “SEM-Az” MMC ilə müqavilə bağlayıb.

Mətbuatdakı yazılara əsasən, "SEM-AZ” MMC "Arash Medical” MMC-yə yaxın şirkət hesab edilir. Səhiyyə Nazirliyinin keçirdiyi tenderlərdə "SEM-AZ” MMC-nin qalib seçilməsi "Arash Medical”a yaxınlığı ilə bağlıdır. "Arash Medical” MMC-nin bəzi mənbələrdə səhiyyə nazirinin keçmiş müavini Elsevər Ağayevə bağlılığı qeyd edilir.