Вернуться назад Распечатать

Dominikan Respublikasında klubun damının uçması nəticəsində ölənlərin sayı 218-ə çatıb

Dominikan Respublikasında "Jet Set" gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 218 nəfərə çatıb.

1xeber.media xəbər verir ki, bu barədə aprelin 10-da Fövqəladə Hallar Mərkəzinin rəhbəri Xuan Manuel Mendez məlumat verib.

“Listin Diario” qəzeti onun sözlərini sitat gətirir: “Xilas edilən və xəstəxanalara çatdırılanların sayı 189 nəfərdir.

Çərşənbə axşamı günündən bəri xilasedicilərin dağıntıları təmizləyərkən bir nəfər də sağ qalan tapa bilmədiyi dəqiqləşib. Milli Məhkəmə Ekspertizası İnstitutu ölənlərin cəsədlərinin tanınmasına cavabdeh olacaq.