Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqının (Aİ) Bakı ilə İrəvan arasında aparılan danışıqlara müdaxiləsini tənqid edərək, Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyenin sərhədlərin açılması ilə bağlı çağırışlarının yersiz olduğunu bildirib.
1xeber.media xəbər verir ki, bu barədə dövlət başçısının saytında deyilir.
"Biz ancaq Türkiyə ilə Ermənistan, Ermənistan və Azərbaycan arasında sərhədin açılması çağırışlarını eşidirik. Avropanın bununla nə əlaqəsi var? Türkiyə ilə Ermənistan, Azərbaycan və Ermənistan arasında münasibətlər onların işi deyil. Avropa İttifaqı bu məsələlərdən nə qədər uzaq olsa, hamı üçün bir o qədər yaxşıdır".
Bundan əlavə, Əliyev onu da qeyd edib ki, o, Avropa rəsmilərinin Ermənistana rəğbətini başa düşsə də, Mərkəzi Asiya ilə əməkdaşlıq üçün infrastruktur yaradan Azərbaycan və Gürcüstanın əsas rolunu unutmaq olmaz.