Вернуться назад Распечатать

Rusiya ilə ABŞ arasında İstanbulda əldə olunan razılaşmalardan biri də məlum oldu

İstanbulda keçirilən danışıqlarda Rusiya və ABŞ müsadirə edilmiş Rusiya diplomatik əmlakı məsələsi ilə bağlı yol xəritəsi hazırlamaq barədə razılığa gəliblər. Bu razılaşmanı Rusiya Xarici İşlər Nazirliyi açıqlayıb.

1xeber.media xəbər verir ki, müvafiq mesaj nazirliyin rəsmi saytında dərc olunub.

Qeyd olunur ki, Rusiya tərəfi Rusiyaya məxsus 6 diplomatik mülkün geri qaytarılması məsələsini qaldırıb. Rusiyanın ABŞ-dakı səfiri və məsləhətləşmələrin iştirakçısı Aleksandr Darçiyev Rusiya nümayəndələrinin müsadirə edilmiş diplomatik əmlaka təftiş və zərərin qiymətləndirilməsi üçün dərhal çıxışının vacibliyini qeyd edib.

Orada da bildirilib ki, Moskva və Vaşinqton danışıqların növbəti raundu ilə İstanbulda qaldırılan məsələlərin həlli yollarını tapmaq istəyir.

Bundan əvvəl Darçiyev Rusiya ilə ABŞ arasında aparılan danışıqların nəticələrini açıqlamışdı. Onun sözlərinə görə, ikitərəfli ekspert məsləhətləşmələrinin son raundu iki dövlətin səfirliklərinin işinin normallaşmasına təkan verib.