Siyəzən şəhər 6 nömrəli məktəb-liseyin rus dili müəllimi Humay Nəsirli vəfat edib.
1xeber.media ldə etdiyi məlumata əsasən, Humay Nəsirli qısa müddət ərzində pedaqoji sahədəki fəaliyyətində yeniyetmələrin təhsil və inkişafına töhfələr verən, peşəkar və işinə sevgi ilə yanaşan gənc müəllim kimi tanınırdı.Bu gün səhər saatlarında Humay Nəsirlinin vəfatı xəbəri çalışdığı kollektivin müəllim və şagird heyyəti arasında dərin hüznlə qarşılanıb.
Bir daha bu xəbərə üzülərək,məktəb liseyin kollektivi adından Humay müəlimin ailəsinə dərin hüznlə başsağlığı verir,Allahdan səbr diləyirik.
Qeyd edək ki,müəllimə ailəli idi ,bir az yaşlı qız övladı var.
Allah rəhmət eləsin!