Məşhur Məmmədovun "Embawood"u faciədən reklam qurdu, hər kəs "şərəfsiz" dedi
1xeber.media xəbər verir ki, ötən gün paytaxtın mərkəzində baş vermiş dəhşətli qəzanın görüntüləri yayılıb. Hadisə zamanı "BYD” markalı taksinin Ələsgər Qayıbov küçəsindən sürətlə Heydər Əliyev prospektinin kənar yolunu kəsdiyi və beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşdüyü məlum olub. Qəzaya uğrayan avtomobil "Ford” markalı maşının üstünə düşərək onu aşırıb, həmçinin öz yolu ilə hərəkətdə olan bir neçə avtomobilə də ziyan dəyib. Hadisə nəticəsində bir neçə şəxs yaralanıb.
Bu faciəli hadisə üzərində "Embawood" şirkəti öz reklamını qurmağa çalışıb. Belə ki, şirkətin rəsmi facebook səhifəsində qəza edən BYD yerinə yükdaşıma maşını montaj edilib və "Belə surətli, ancaq təhlükəsiz" lozunqu ilə paylaşım edilib. Paylaşıb sosial mediada birmənalı qarşılanmayıb. Belə ki, bir çox məşhur insanlar, sıravi vətəndaşlar şirkətin bu çirkin addımını şərəfsizlik, vicdansızlıq kimi dəyərləndiriblər.
Məlumat üçün qeyd edək ki, "Embawood" şirkəti Masallıdan olan deputat Məşhur Məmmədova aid olduğu deyilir. Zaman-zaman mediada həm deputatdan, həm də şirkətindən çoxsaylı şikayətlər dərc edilib. Sosial mediadakı müzakirələrdən belə aydın oldu ki, bu kimi situasiyalarda qərarı birbaşa Məşhur Məmmədov özü verir. Sözügedən reklam kütləvi narazılığa səbəb olsa da, şirkıt paylaşımı saxlamaqda israrlıdır.
Mövzunu diqqətdə saxlayacağıq.
7NEWS.az