Вернуться назад Распечатать

İstanbulda tələbələr İmamoğlunun həbsinə etiraz ediblər

İstanbulda şəhərin müxalif bələdiyyə sədri Əkrəm İmamoğlunun saxlanmasına etiraz olaraq tələbə mitinqləri keçirilib.

1xeber.media xəbər verir ki, bu barədə aprelin 11-də “İzvestiya”nın müxbiri İqor Baldin məlumat verib.
“Beyazid Meydanındakı mitinqin ənənəvi olaraq “gənc siması” var: əsasən tələbələrdir, bu təəccüblü deyil, çünki yaxınlıqda ölkənin əsas universitetlərindən biri yerləşir”, - Baldin deyib.

Qeyd olunur ki, İmamoğlu 2028-ci il seçkilərində Ərdoğanın əsas potensial rəqiblərindən biri hesab olunur. Etirazçılar hesab edirlər ki, onun saxlanması onun gələcək prezidentlik yarışında iştirakının qarşısını almaq cəhdidir.
Hüquq-mühafizə orqanları İmamoğlunun həbsi üçün martın 19-da order verib.İstanbul administrasiyasına qarşı antikorrupsiya əməliyyatı başlayıb. Şəhərin meri martın 23-də həbs edilib.Daha sonra ölkənin Daxili İşlər Nazirliyi İmamoğlunun müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırıldığını açıqlayıb. Daha sonra bələdiyyə sədrinin həbsi ilə bağlı Türkiyədə kütləvi etirazlar başlayıb.