Вернуться назад Распечатать

Floridada yüngül təyyarə qəzaya uğrayıb

1xeber.media xəbər verir ki, Aprelin 11-də NBC 6 South Florida telekanalı məlumat yayıb, ABŞ-ın Florida ştatında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ilkin məlumata görə, ölənlər var.

Qəza yerli Boka Raton hava limanı yaxınlığında baş verib. Yanğınsöndürənlər alovu söndürməyə çalışarkən təyyarənin dağıntıları yolun kənarına səpələnib. Polis ərazidəki bir neçə küçəni bağlayıb.

Qəza zamanı iki qurbanın cəsədinin hadisə yerində tapıldığı ehtimal edilir.
Martın 9-da ABŞ-ın Pensilvaniya ştatının Lankaster qraflığında kiçik yüngül sərnişin təyyarəsi qəzaya uğrayıb. “Beechcraft Bonanza” təyyarəsinin göyərtəsində beş nəfərin olduğu dəqiqləşdirilib. ABŞ Federal Aviasiya Administrasiyası (FAA) hadisə ilə bağlı araşdırma apardığını bildirib.