Hələlik Rusiyada YouTube-u tamamilə bloklamağa ehtiyac yoxdur.
1xeber.media xəbər verir ki, bu fikri cümə günü, aprelin 11-də Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin sədr müavini Andrey Svintsov bildirib.
"Şəxsən mən buna ehtiyac olduğunu düşünmürəm, çünki vətəndaşlarımızın əksəriyyəti üçün o, artıq fasilələrlə işləyir, amma deyək ki, YouTube-dan əsasən bəzi maarifləndirmə məqsədləri üçün istifadə edənlər var: tort bişirmək və ya avtomobili təmir etmək haqqında videoya baxmaq", - deputat Lenta.Ru ilə söhbətində deyib.
Eyni zamanda, parlamentari vurğulayıb ki, Rusiyada artıq YouTube-u uğurla əvəz edən çoxlu sayda platformalar var.