Вернуться назад Распечатать

Azərbaycanda məmur iş başında öldü

Beyləqanda vəzifəli şəxs iş başında ölüb.

1xeber.media bildirir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə 8 saylı ərazi vergi idarəsində baş verib.

Burada kiçik vergi xidməti müşaviri işləyən Ağcabədi şəhər sakini 64 yaşlı Arif Qasım oğlu Qasımlı infarktdan ölüb.

Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.