Вернуться назад Распечатать

“Əcəmi”də tullantı xətlərində tıxanma yarandı, ərazini su basdı

Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi, “Memar Əcəmi” metrosunun yaxınlığında ərazini çirkab suları basıb.

1xeber.media  xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu bildirib ki, hazırda həmin ərazidəki problem aradan qaldırılıb:

“Ərazidə baş verən tullantı xətlərindəki tıxanma aradan qaldırılıb. Hazırda tullantı suları da sərbəst şəkildə boru ilə axır”.