Operativ məlumatlara əsasən, bu ilin 1-ci rübündə Azərbaycanda neft-kondensat hasilatı 6,9 mln. ton olub.
1xeber.media xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Ötən ay 12,6 mlrd.m3 qaz hasil edilib. 6 mlrd.m3 qaz isə ixrac olunub", - deyə paylaşımda qeyd edilib.