Kəlbəcər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
1xeber.media teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonunun Qılınclı kəndinin ərazisində qeydə alınıb.
Bakı şəhər sakini 1983-cü il təvəllüdlü İlahə Rəsul qızı Şahverdiyeva idarə etdiyi "Nissan Pathfaender" markalı avtomobili dərəyə aşırıb, hadisə yerindəcə həyatını itirib. Onun hərbiçi olduğu deyilir.
Faktla bağlı Kəlbəcər Rayon Prokurorluğunda araşdırma başlanılıb.
***
Aprelin 14-də səhər saatlarında məzuniyyətdə olarkən Azərbaycan Ordusunun qadın hərbi qulluqçusu İlahə Rəsul qızı Şahverdiyeva idarə etdiyi şəxsi avtomobilində hərəkət zamanı baş vermiş avtoqəzada vəfat edib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə başsağlığı verib.