Вернуться назад Распечатать

Suriya səfiri Rusiyadan sığınacaq istəyir

Suriyanın Moskvadakı səfiri Bəşər Cəfəri Rusiyadan sığınacaq istəyib.

1xeber.media xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.

“Suriya səfiri Rusiya Federasiyasından sığınacaq istəyib”, - mənbə agentliklə söhbətində bildirib.

Bundan əvvəl Suriya Xarici İşlər Nazirliyi Moskvadakı səfirinin dəyişdirilməsi barədə qərar qəbul edib. Suriya Xarici İşlər Nazirliyinin mətbuatla əlaqələr üzrə koordinatoru Abdullah Əl-Həkinin sözlərinə görə, departament Suriyanın Moskva və Ər-Riyaddakı səfirlərinin Dəməşqdəki mərkəzi ofisə köçürülməsinə qərar verib.

Əl-Haki agentliyə bildirib ki, Moskvadakı diplomatik missiyanın rəhbəri vəzifəsinə bir neçə namizəd var. “Yeni səfirin adını daha sonra açıqlayacağıq.