Вернуться назад Распечатать

Lavrov Rusiya ilə ABŞ arasında Ukrayna ilə bağlı razılaşmanın statusundan danışıb

Rusiya və ABŞ Ukraynadakı münaqişənin həllinə dair razılaşmanın əsas parametrləri barədə hələlik razılığa gəlməyiblər.

1xeber.media xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Kommersant” qəzetinə müsahibəsində bildirib.

“Razılaşmanın əsas komponentlərini razılaşdırmaq asan deyil: “Onlar müzakirə olunur”, - Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib.

Jurnalistlərin Amerika tərəfi ilə təmaslar zamanı gələcək sazişin əsas parametrlərini formalaşdırmaq mümkün olub-olmaması ilə bağlı sualına nazir mənfi cavab verib.

Həmin müsahibədə Sergey Lavrov bəyan edib ki, Rusiya tərəfinin səfirlik fəaliyyəti ilə bağlı məsələləri müzakirə etdiyi ABŞ prezidenti Donald Trampın administrasiyasında ağlabatan adamlar peyda olub. O, həmçinin vurğulayıb ki, Moskva və Vaşinqton arasında dialoq “yavaş, lakin davamlı şəkildə bərpa olunur”. Onun sözlərinə görə, əsas odur ki, hər iki tərəf ikitərəfli münasibətləri normallaşdırmaq arzusundadır.