Martın 9-da XI siniflər üzrə keçirilmiş buraxılış imtahanının nəticələrinin bu həftənin sonuna kimi elan olunması nəzərdə tutulur.
1xeber.media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Qeyd edək ki, martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. İmtahanda 58732 şagirdin iştirakı nəzərdə tutulub. Məlumatlara əsasən, 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.
1 nəzarətçi isə iştirakçılara kömək etməyə cəhd etdiyi üçün imtahandan kənarlaşdırılıb.