İran tərəfi ABŞ və onunla danışıqlara bədbin yanaşır.
1xeber.media xəbər verir ki, bunu İranın SNN agentliyinə istinadən İranın ali dini lideri Ayətullah Əli Xamenei deyib.
“Əlbəttə, biz qarşı tərəfə qarşı çox pessimistik, lakin öz imkanlarımıza nikbin baxırıq.
İran lideri həmçinin ölkənin bütün problemlərini ABŞ-la danışıqlara bağlamamağa çağırıb və onun Xarici İşlər Nazirliyinin onlarla vəzifəsindən yalnız biri olduğunu deyib.
ABŞ və İran arasında dolayı danışıqların birinci raundu aprelin 12-də Omanın vasitəçiliyi ilə Maskatda baş tutub. İran tərəfini xarici işlər naziri Abbas Əraqçi, Amerika tərəfini isə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff təmsil edib.
Hollandiyanın xarici işlər naziri Kaspar Veldkampın sözlərinə görə, növbəti görüş aprelin 19-da Romada keçiriləcək.