Вернуться назад Распечатать

SON DƏQİQƏ-Himalay Məmişov vəzifəsindən azad edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Qabil oğlu Məmişov vəzifəsindən azad edilib.

1xeber.media  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

 Daha bir Sərəncamla H.Məmişov maliyyə nazirinin müavini təyin edilib.