Вернуться назад Распечатать

SON DƏQİQƏ-DSMF-yə yeni sədr təyin olundu

Zəka Aqil oğlu Mirzəyev​ Dövlət Sosial Müdafiə Fonduna sədr təyin olunub.

1xeber.media xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmr imzalayıb.

Qeyd edək ki, Zəka Mirzəyev 1978-ci ildə anadan olub. O, 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin beynəlxalq hüquq ixtisası üzrə bakalavr, 2002-ci ildə magistr pilləsini fərqlənmə diplomu ilə, 2007-ci ildə isə aspiranturanı bitirib.

Əmək fəaliyyətinə 2000-ci ildə özəl sektorda hüquq məsləhətçisi kimi başlayan Mirzəyev 2003–2004-cü illərdə hərbi xidmətdə olub.

2005-ci ildən Maliyyə Nazirliyində baş məsləhətçi, sektor müdiri, müdir müavini vəzifələrində çalışıb. 2018-ci ildən Dövlət Sosial Müdafiə Fondunun idarə rəisi, 2020-ci ildən isə Fondun İdarə Heyətinin sədr müavini olub.

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən publik hüquqi şəxsdir.