Вернуться назад Распечатать

Qubada ağac yük avtomobilinin üzərinə aşdı

Qubada ağac yük avtomobilinin üzərinə aşıb 

1xeber.media Şimal bürosunun məlumatına görə, dünən axşamdan başlayan güclü külək və yağış regionlarda fəsadlar törətməyə davam edir.

Belə ki, Quba-Xaçmaz avtomobil yolunun Timiryazev qəsəbəsindən keçən hissəsində, iri gövdəli ağac, hərəkətdə olan “Ford” markalı yük avtomobilinin və elektrik dirəyinin üzərinə aşıb.

 Nəticədə yük avtomobilinə və elektrik təsərrüfatına ziyan dəyib.

Hadisə yerində fəsadların aradan qaldırılması istiqamətində işlərə başlanılıb.