Вернуться назад Распечатать

Puşkov: “Trampın aviasiya sahəsində Rusiyaya qarşı sanksiyaları ləğv etməyin vaxtı çatıb”

Çinin Boeing təyyarələrini almaqdan imtina etməsi ilə əlaqədar ABŞ aviasiya sektorunda Rusiyaya qarşı sanksiyaları ləğv etməlidir.

1xeber.media xəbər verir ki, bu barədə aprelin 16-da Federasiya Şurasının İnformasiya Siyasəti Komissiyasının rəhbəri Aleksey Puşkov məlumat verib.

"Çin bazarının itirilməsi fonunda Tramp nəticə çıxarmalıdır. Görünür, Rusiyaya qarşı iqtisadi sanksiyaları, xüsusən də aviasiya sektorunu ləğv etməyin vaxtı çatıb", - Puşkov Telegram kanalında yazıb.

Puşkov qeyd edib ki, bu, Amerika iqtisadiyyatına və onsuz da son illər çətinliklərlə üzləşən Boeing-ə güclü zərbə olacaq.