Novocherkassk şəhərinin Sevastopolskaya küçəsində yerləşən yaşayış mənzilində baş verən yanğın nəticəsində 76 yaşlı qadın və 4 azyaşlı uşaq xəsarət alıb.
1xeber.media xəbər verir ki, bu barədə aprelin 16-da Rusiya Fövqəladə Hallar Nazirliyinin Rostov vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
"Yanğın uşaq otağında baş verib. Qadın üç nəvəsini, o cümlədən on aylıq qızı çölə çıxara bilib. Lakin 2023-cü il təvəllüdlü oğlan uşağı mənzildə qalıb", - deyə idarənin Telegram kanalında bildirilib.
Qeyd olunur ki, xilasedicilər uşağı yanan mənzildən çıxarıb, həmçinin 15 kvadratmetr sahədə yanğını söndürüblər. m. Zərərçəkənlərin hamısının yanma məhsullarından zəhərlənmə ilə tibb müəssisəsinə yerləşdirildiyi bildirilir. Fövqəladə Hallar Nazirliyindən əlavə ediblər ki, yanğının söndürülməsinə 20 əməkdaş və 5 texnika cəlb olunub.