Вернуться назад Распечатать

Azərbaycanda elektrik enerjisinin buraxılışında 25 min ton şərti yanacağa qənaət edilib

“Azərenerji” ASC və Naxçıvan MR Dövlət Energetika Xidmətinə məxsus istilik elektrik stansiyalarında elektrik enerjisinin istehsalına 4,9 milyard m3 təbii qaz sərf edilib.

1xeber.media bu barədə Energetika Nazirliyi tərəfindən 2024-cü ildə görülmüş işlərə dair hesabatına istinadən xəbər verir.

Məlumata görə, 2024-cü il ərzində 1 kVt·st elektrik enerjisinin buraxılışına yanacağın xüsusi sərfi 2023-cü illə müqayisədə 255,5 q/kVt·stdan 254,3 qr/kVt·st-a qədər (1,2 qr/kVt·st) azalıb. Bu da 25 min ton şərti yanacağa qənaət deməkdir.

2024-cü ildə respublika üzrə elektrik enerjisinin istehlakı 24,1 milyard kVt·st təşkil edib ki, 2023-cü illə (23,2 milyard kVt·st) müqayisədə 892,3 milyon kVt·st (3,8 %) artıb.