Вернуться назад Распечатать

Tbilisidə üçtərəfli görüş başladı - FOTO (YENİLƏNİB)

Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliklərinin üçtərəfli görüşü keçirilir. 

1xeber.media xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb. 

Tədbiri giriş sözü ilə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili açıb. Onun sözlərinə görə, görüşün məqsədi üçtərəfli əməkdaşlıq prosesinin əsasını qoyacaq mümkün istiqamətlərə dair üç ölkənin baxış və fikirlərini bölüşməkdir.

"Görüşdə üçtərəfli əməkdaşlığın imkanları müzakirə olunacaq. Üç ölkə üçün maraqlı ola biləcək istiqamətlər müəyyənləşdiriləcək, mümkün əməkdaşlıq istiqamətləri müəyyən ediləcək ki, region ölkələri bir sıra məsələlərə birgə yanaşmalar inkişaf etdirə bilsinlər. Bu, bugünkü müzakirənin əsas istiqamətləri olacaq", - Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya açıqlayıb. 

***

Bu gün Tbilisidə Azərbaycan, Ermənistan və Gürcüstan xarici işlər nazirləri müavinlərinin üçtərəfli görüşü keçiriləcək.

1xeber.media  xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, nazir müavinlərinin görüşü regional əməkdaşlığın perspektivlərinə həsr olunub.