Bu barədə araşsırmaçı-jurnalist Cavanşir Həsənli məlumat yayıb.
Jurnalist su daman evlərin tikintisi ilə bağlı maraqlı detallar açıqlayıb.
O bildirib ki, Sarıcalıdakı evləri tikən şirkət “6-cı mərtəbə” Məhdud Məsuliyyətli Cəmiyyətdir.
Jurnalistin sözlərinə görə, “6-cı mərtəbə” şirkətinin direktoru Təhməzli Ataş İlahi oğludur. Ataş Təhməzli Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin qardaşıdır.“O biri qardaşı isə Mənzil İnşaatı Dövlət Agentliyi yanında MİDA MMC-nin rəhbəri Fərhad Təhməzovdur-deyə jurnalist qeyd edib.