Вернуться назад Распечатать

Qroznı və Vladiqafqaz hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Vladiqafqaz və Qroznı hava limanlarında uçuşların gediş-gəlişinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

 1xeber.media xəbər verir ki, bu barədə Rosaviatsiya nümayəndəsi Artem Korenyako özünün Telegram kanalında məlumat verib.

“Moskva vaxtı ilə saat 19:52-də təyyarələrin gəliş-gedişinə müvəqqəti məhdudiyyətlər həmçinin aşağıdakı hava limanlarında tətbiq edilib: Vladiqafqaz (Beslan; ICAO kodu: URMO); “Qroznı (Şimali; URMG)” Korenyako yazıb.

Həmin gün saat 15:39-dan 17:22-dək Volqoqrad hava limanında müvəqqəti məhdudiyyətlər qüvvədə olub. Bundan əlavə, mülki uçuşların təhlükəsizliyini təmin etmək üçün zəruri olan eyni məhdudiyyətlər Moskva vaxtı ilə saat 18:30-dan etibarən Həştərxan hava limanında qüvvəyə minib.