Вернуться назад Распечатать

Zelenski ərazi məsələsinin müzakirəsinə başlamaq üçün şərtləri açıqlayıb

Kiyev atəşkəs əldə olunmayana qədər əraziyə nəzarət məsələsini müzakirə etməyəcək.

1xeber.media xəbər verir ki, müvafiq müzakirələrə başlamaq üçün şərtləri Ukrayna prezidenti Vladimir Zelenski deyib.

"Biz bu gün qeyd-şərtsiz atəşkəsi müzakirə edirik və atəşkəs əldə olunmayana qədər ərazini müzakirə etməyəcəyik. "Siz mənim münasibətimi və qırmızı xətlərimizin nədən ibarət olduğunu bilirsiniz", - deyə Ukrayna lideri bildirib.

Eyni zamanda o, Ukraynanın Rusiyanın işğal olunmuş ərazilər üzərində nəzarətini rəsmən tanımayacağına əminliyini ifadə edib.

Bundan əvvəl Zelenski ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkovu növbəti dəfə tənqid edib. Onun sözlərinə görə, diplomat Rusiyanın mövqeyini qəbul edib və bu, Kiyev üçün qəbuledilməzdir.