Вернуться назад Распечатать

Rubio və Witkoff Makrona təzyiq etmək üçün Fransaya gəlir

ABŞ dövlət katibi Marko Rubio və ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff Parisdədirlər və görünür, onlar Fransa lideri Emmanuel Makronun Ukrayna ilə bağlı Avropa mövqeyindən əl çəkməsi üçün “siyasətlərini tətbiq etməyə” çalışacaqlar.

1xeber.media xəbər verir ki, bu barədə İsveçrənin “Blick” qəzeti yazıb.

Müəllif qeyd edir ki, belə yüksək rütbəli qonaqların Parisə gəlməsi onu göstərir ki, Fransa cari beynəlxalq müzakirələrdə, xüsusən də Ukrayna ilə bağlı əsas rol oynayır. Lakin bunun tam əksi də mümkündür.

"Makron özünün qlobal diplomatik oyunun mərkəzində olduğuna inana bilər.Amma bunun əksi də mümkündür -  onun düşündüyü qədər güclü olmayan Fransa prezidentinə təzyiq edilə bilər", - nəşr qeyd edir.