Вернуться назад Распечатать

Lavrov və Rubio telefonla Ukraynadakı münaqişəni müzakirə ediblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub və Ukrayna münaqişəsini müzakirə ediblər.

1xeber.media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

“Aprelin 17-də Rusiya Federasiyasının xarici işlər naziri S.V.Lavrov və ABŞ dövlət katibi M.Rubio arasında telefon danışığı olub”, - deyə məlumatda bildirilir.

Söhbət zamanı rusiyalı nazir Moskvanın Ukraynadakı böhranın əsas səbəblərini etibarlı şəkildə aradan qaldırmaq üçün Vaşinqtonla birgə işi davam etdirməyə hazır olduğunu təsdiqləyib. Bundan əlavə, hazırda Parisdə olan ABŞ dövlət katibi Lavrova Ukrayna, Fransa və bir sıra digər Avropa ölkələrinin nümayəndələri ilə baş tutan təmaslar barədə məlumat verib.