Вернуться назад Распечатать

Hüquqşünas olmaq istəyirəm - 300 bal toplayan XƏDİCƏ

300 bal toplayanlardan biri Ağsu rayonu, İlxıçı kənd orta məktəbinin şagirdi Rəhimova Xədicə Toğrul qızıdır.

1xeber.media xəbər verir ki, məktəbli  açıqlamasında bildirib ki, III ixtisas qrupu üzrə hazırlaşır:

“Hüquqşünaslıq ixtisasına qəbul olmağı istəyirəm. Uğurumun sirrini davamlı və hərtərəfli çalışmaqda görürəm, səhvlərdən dərs çıxarıb bilikləri möhkəmləndirmək lazımdır deyə düşünürəm, yanlışlara köklənib mənfi düşünmək yaxşı deyil”.