Вернуться назад Распечатать

Taliban Rusiya ilə münasibətlərdən danışıb

Əfqanıstan Taliban hərəkatı Kabil və Moskva arasında tamhüquqlu diplomatik və iqtisadi əlaqələrin inkişafına ümid edir.

1xeber.media xəbər verir ki, bu barədə TASS-a Taliban hökumətinin rəsmi nümayəndəsi Zəbihullah Mücahid məlumat verib.

Onun sözlərinə görə, hərəkat Rusiyada fəaliyyətinə qoyulan qadağanın dayandırılmasını mühüm addım hesab edir. “Rusiya prezidenti Vladimir Putin Əfqanıstanla bağlı düzgün siyasət aparır. Siyasətçi əmin olduğunu bildirib ki, gələcəkdə ölkələr arasında iqtisadiyyat və diplomatiya sahələrində mütləq yaxşı əlaqələr qurulacaq.

Bundan əvvəl məlum olub ki, Rusiya Ali Məhkəməsi Baş Prokurorluğun ölkədə Taliban hərəkatının fəaliyyətinə qoyulan qadağanın dayandırılması ilə bağlı iddiasını təmin edib.

Taliban Rusiyada 2003-cü ildən qadağan edilib.