Noyabrın 16-da gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan tanınmış türkiyəli futbol mütəxəssisi Fatih Terimi qəbul edib.
Nazir ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə qonağa məlumat verib.
Görüş zamanı iki qardaş ölkədə futbolun hazırkı vəziyyəti və uşaq futbolunun inkişafı yolları müzakirə edilib.