Вернуться назад Распечатать

Böyük Britaniyanın baş naziri Trampla danışır

Böyük Britaniyanın baş naziri Key Starmer ABŞ prezidenti Donald Trampla danışıb.

1xeber.media xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Qeyd olunur ki, tərəflər iki ölkə arasında ticarət sazişi üzrə davam edən danışıqları müzakirə ediblər. Bundan əlavə, siyasətçilər Ukrayna, İrandakı vəziyyətə və Yəməndə Ənsar Allah (Husi) şiə hərəkatı ilə mübarizəyə toxunublar.

Danışıqlar ABŞ, Fransa, Almaniya, Britaniya və Ukrayna nümayəndələrinin Parisdə keçirilən görüşünün ertəsi günü baş tutub.

Bundan əvvəl Donald Tramp bildirib ki, husilərə qarşı hücumlar onlar ABŞ-ın hərbi gəmilərinə atəş açmağı dayandırdıqda və naviqasiya azadlığına təhdid yaratmağı dayandırdıqda dayanacaq.