ABŞ dövlət katibi Marko Rubio və milli təhlükəsizlik müşaviri Maykl Vals əmindirlər ki, İranın nüvə proqramına qarşı hərbi əməliyyatlara ehtiyac var, vitse-prezident J.D.Vens və Milli Kəşfiyyatın direktoru Tulsi Qabbard isə daha ehtiyatlı siyasətin tərəfdarıdırlar.
1xeber.media xəbər verir ki, bu barədə aprelin 18-də Washington Post qəzeti məlumat yayıb.
“Vals və Rubio İranın nüvə silahı potensialını məhv etmək üçün hərbi əməliyyatlara üstünlük verdilər”, - nəşr ABŞ hökumət rəsmilərinə istinadən yazır.
Oxşar planı ABŞ prezidenti Donald Trampa İsrailyönlü mövqe tutan ifrat sağçı baxışların tərəfdarları təklif edirlər.