Hindistan Fransa ilə 26 Rafale dəniz təyyarəsi almaq üçün 7,3 milyard dollarlıq müqavilə imzalayacaq.
1xeber.media xəbər verir ki, bu barədə Hindistanın "Times Now" nəşri aprelin 19-da məlumat yayıb.
“Hindistan və Fransanın aprelin 28-də Fransanın müdafiə naziri Sebastien Lecornunun iştirakı ilə Hindistan Hərbi Dəniz Qüvvələrinə 26 Rafale hərbi-dəniz qırıcısı satmaq üçün ən böyük müdafiə sazişini imzalayacağı gözlənilir”, - nəşr yazır.
Bildirilir ki, Hindistanda artıq 2016-cı ildə alınmış 36 analoji təyyarə var. Onlar Vikrant aviabazasında yerləşəcək və orada yerləşən MiQ-29K təyyarə parkını tamamlayacaq.