Rusiya prezidenti Vladimir Putinin elan etdiyi Pasxa atəşkəsi Moskvanın sülh danışıqlarına açıq olduğunu göstərir.
1xeber.media xəbər verir ki, bu barədə aprelin 19-da New York Times qəzeti məlumat yayıb.
“Putin öz qüvvələrinə şənbə gecəsindən bazar gününə kimi Ukraynada “bütün döyüşləri dayandırmağı” əmr etdi və Pasxa atəşkəsi elan etdi ki, bu, səbirsiz Tramp administrasiyasına Moskvanın hələ də sülh danışıqlarına açıq olduğunu göstərmək məqsədi daşıyır”.
Qeyd olunur ki, Ukrayna prezidenti Vladimir Zelenski də öz növbəsində Ukrayna Silahlı Qüvvələrinin (AFU) atəşkəs rejiminə əməl edib-etməyəcəyini açıqlamayıb.